- Azərbaycan Avropa ilə əməkdaşlığa xüsusi önəm verir. Hazırda Avropa İttifaqı ilə ölkəmiz arasında yeni tərəfdaşlıq müqaviləsi bağlanması üzrə danışıqlar gedir. Bu danışıqlarda tərəflər hansı ümumi razılıqlar əldə edib və Azərbaycanın əsas gözləntiləri nələrdir?
- Avropa Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır və ölkəmizin təşəbbüsçüsü olduğu bir sıra qlobal və regional layihələr məhz Avropa ilə əməkdaşlığı daha da genişləndirmək, qarşılıqlı iqtisadisiyasi əlaqələri daha dayanıqlı və daha etibarlı səviyyəyə çatdırmaq məqsədi güdür. Bu sırada üzərində fəal iş aparılan Avropa ilə yeni, yüksək səviyyəli əməkdaşlıq müqaviləsi də Azərbaycan-Aİ əlaqələrinin sonrakı inkişaf mərhələsinin xüsusiyyətlərini təsbit etməli, tərəflərin öz üzərinə götürəcəyi qarşılıqlı öhdəlikləri müəyyənləşdirməlidir. Tərəflər arasında müqavilə üzərində razılaşdırma işləri aparılır və əminəm ki, hər iki tərəfin maraqlarını hərtərəfli şəkildə özündə əks etdirən müqavilə layihəsi tezliklə hazır olacaq. Azərbaycanın gözləntiləri bu saziş əsasında Avropa ilə siyasi, iqtisadi, mədəni-humanitar əlaqələri daha yüksək səviyyəyə qaldırmaq, qarşılıqlı mü-nasibətlərin inkişafından vətəndaşlarımıza və sahibkarlarımıza daha geniş şəkildə faydalanmaq imkanı yaratmaq və ən başlıcası, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə Avropa İttifaqının təminatının bir daha təsdiqlənməsidir. Şübhəsiz, bütün bu mühüm məqamların yeni əməkdaşlıq müqaviləsində öz əksini tapması bizim üçün çox vacibdir.
- Ermənistanın da Aİ ilə assosiativ üzvlüyə dair saziş imzalamaq niyyətində olduğu bildirilir. Təbii ki, bu, onun öz işidir, lakin 2013-cü ildə Ermənistanın Şərq Tərəfdaşlığı çərçivəsində assosiasiya sazişi imzalamasına son anda Rusiya tərəfindən qadağa qoyulduğu heç kimə sirr deyil və Serj Sarkisyan mövqeyini dərhal dəyişərək ölkəsinin Avrasiya İqtisadi İttifaqına üzv olacağını bəyan etdi. Rusiyanın forpostu olan Ermənistanın bu yeni “cəsarəti” bəs haradan qaynaqlanır?
- Tamamilə doğru qeyd etdiyiniz kimi, 2013-cü ildə Ermənistan Şərq Tərəfdaşlığı çərçivəsində as-sosiasiya sazişi imzalamağa cəsarət etmədi və bunun səbəbi aydındır. Ermənistan siyasi hakimiyyəti Ermənistan maraqlarından çıxış edərək öz vətəndaşlarının arzularına və istəklərinə uyğun addım at-maq iqtidarında deyil, çünki bu hakimiyyət ölkə vətəndaşları tərəfindən seçilməyib, Rusiya tərəfin-dən Ermənistanı idarə etmək üçün təyin olunub. Ona görə də Rusiyanın icazəsi olmadan Ermənistan hökumətinin hər hansı beynəlxalq səviyyəli sənədə imza atmaq səlahiyyəti yoxdur. Bu səbəbdən Ermənistan Rusiya ilə Avropa arasında manevrlər etməyə, öz siyasətinə müstəqillik görüntüsü verməyə çalışır. Bu dəfəki saziş heç də Şərq Tərəfdaşlığına daxil olan Ukrayna, Gürcüstan və Moldova ilə bağlanan assosiasiya sazişlərinin eynisi deyil. Ermənistanla Aİ arasında imzalanan sənəd “Hərtərəfli və genişləndirilmiş tərəf daşlıq sazişi” adlanır. Bu sazişin mətni də 1997-ci il də imzalanmış və 1999-cu il də ratifikasi ya edilmiş əmək daşlıq sazişin dən o qədər də çox fərqlənmir. Digər assosiativ üzvlər dən fərqli olaraq bu müqavilənin tərkibində Ermənistan vətəndaşları üçün ən vacib olan “Sərbəst ticarət anlaşması” yer almır. Bu da təbiidir; Avrasiya İttifaqının üzvü olan bir dövlətlə Aİ sərbəst ticarət anlaşması imzalaya bilməz və bu, Aİ-nin maraqlarına uyğun deyil. Yəni bu saziş Ermənistanın dünyaya açılması, onun və təndaşlarının Avropa ilə bir başa münasibətlərdən faydalanması üçün yeni heç bir imkan yaratmır və formal xarakter daşıyır. Əhəmiyyətsiz bir sənədi imzalamaq üçün isə xüsusi bir cəsarət tələb olunmur.
- Avropa İttifaqı razılaşma imzalamaq üçün Ermənistanın qarşısında qoyduğu şərt “Metsamor” AES-in fəaliyyətinin dayandırılmasıdır. Necə düşünürsünüz, bu, terroru dəstəkləyən işğalçı bir dövlətin ödəyəbiləcəyi ən minimal bədəldən belə az deyilmi?!
- “Metsamor” Atom Elektrik Stansiyasının fəaliyyətinin da yandırılması hələ də Aİ-nin gündəliyindən düşməyib və Ermənistanın bu məsələdə də Aİ-ni aldatması diqqətdən yayınmayıb. Lakin az öncə söylədiyim kimi, bütün digər taleyüklü məsələlərdə olduğu kimi, bu məsələdə də Ermənistan Rusiyanın iradəsindən kənar hər hansı bir addım atmağa qadir deyil və nəticədə “Metsamor” Atom Elektrik Stansiyasının istifadəsini davam etdirməklə ilk növbədə öz əhalisini, eləcə də region əhalisini, o cümlədən Avropanı ciddi təhlükə qarşısında qoyur. Lakin “Metsamor” Atom Elektrik Stansiyasının fəaliyyətinin dayandırılmasını heç də Ermənistanın işğala görə ödəyəcəyi bədəl hesab etmək olmaz. İstənilən halda işğal faktı yolverilməzdir, aradan qaldırılmalıdır və bunun bədəlini Ermənistan indidən ödəyir. Bugünkü status-kvo uzandıqca işğal faktı Ermənistana daha baha başa gələcək. Artıq bu gün apardığı işğalçılıq siyasəti Ermənistanın sivil dünyaya inteqrasiyadan kənarda qalmasına, regional inkişaf layihələrinə qatılmaq və bunlardan faydalanmaq imkanından məhrum olmasına və nəticədə ölkənin sürətlə dərin tənəzzülə yuvarlanmasına yol açıb. Ölkədə əhalinin sosial durumu ağırlaşmaqda davam edir, hər il on minlərlə vətəndaş hökm sürən özbaşınalıqdan və dilənçilikdən canını qurtarmaq, adi yaşayışını təmin etmək məqsədi ilə digər dövlətlərə üz tutur. Ölkə ziyalılarının bir qismi bunun işğalçılıq siyasətinin nəticəsi olduğunu anlayır, lakin xarici qüvvə tərəfindən idarə olunan siyasi hakimiyyətə etiraz etməyə gücləri çatmır. İşğal olunmuş torpaqlar gec-tez öz sahiblərinə qayıdacaq, amma Ermənistan üçün bunun daha acı nəticələri qaçılmazdır.
- Bu yaxınlarda Parisdə Azərbaycan “Ekspo-2025” sərgisinə ev sahibliyi etmək üçün Bakı şəhərinin təqdimatını keçirdi. Bakının “Ekspo-2025” sərgisinə ev sahibliyi qəbul olunarsa, Azərbaycan bundan nələr əldə edəcək?
- Ölkəmiz “Ekspo-2025” beynəlxalq sərgisinə ev sahibliyi etmək istədiyini elan edib və bu istiqa-mətdə fəal iş aparılır. Hazırda dünyanın ən böyük paytaxt şəhərlərində Azərbaycanın namizədliyinin dəstəklənməsini təmin etmək məqsədi ilə təqdimat tədbirlərinin keçirilməsi mərhələsindəyik. Əgər namizədliyimiz dəstəklənərsə, bu hadisə növbəti dəfə Azərbaycanın dünya miqyasında artan nüfuzunu nümayiş etdirmiş olacaq. Ölkəmizin qlobal miqyaslı tədbirlərin təşkilatçılığında böyük təcrübəsi var və əminəm ki, bu işin öhdəsindən layiqincə gələ bilərik. Belə mötəbər tədbirin respublikamızda keçirilməsindən həm dövlətimiz, həm vətəndaşlarımız kifayət qədər siyasi və iqtisadi dividentlər əldə edəcək. Növbəti dəfə Azərbaycanın xoşməramlı bir ölkə kimi dünyaya açılmasının şahidi olacağıq.