Türk Dövlətləri Birliyinin yaradılması – bu prosesi uğurla başa çatdıracaq başlıca fəaliyyət istiqamətlərinin öncədən düzgün müəyyənləşdirilməsindən asılıdır. Böyük Birliyi gerçəkləşdirmək yolunda indiyədək görülən işlər onu deməyə əsas verir ki, mövcud təməl üzərində vahid humanitar siyasətin həyata keçirilməsi daha sistemli və məqsədyönlü fəaliyyətləri aktuallaşdıra bilər. Müstəqil türk dövlətlərinin hər birinin milli humanitar siyasəti onların Birliyə doğru hərəkətində uzlaşma məqamlarını taparaq konvergensiya olunmağa qadirdir. Məhz bu halda Türk Dövlətləri Birliyi özünün ideasional mərhələsində effektli koordinasiya əmsalı əldə edən vahid humanitar siyasətin ilkin konturlarını əldə edir.
Türk Dövlətləri Birliyinin konvergent humanitar siyasəti – hazırkı vəziyyətdə suveren türk respublikaları arasında siyasi-mədəni inteqrasiyanın humanitar əsaslarını yaratmaq və bu əsaslar üzərində Birliyin gerçəkləşməsi prosesinin düzgün ideya platformasını müəyyənləşdirib həmin prosesin uğurla başa çatdırılmasına xidmət etmək məqsədlərini daşıyır.
Başlıca olaraq, türk respublikaları arasında siyasi-mədəni inteqrasiyanın humanitar əsaslarını aşağıdakılar təşkil edir:
Türk respublikalarının birgə səyi ilə son iyirmi ildə davamlı olaraq keçirilən Türk Xalqlarının Dostluq, Qardaşlıq və Əməkdaşlıq Qurlitayları, Türkdilli Ölkələrin Dövlət Başçılarının Zirvə Toplantıları, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının iclasları, TÜRKSOY çərçivəsində görüşlər, Türkdilli Ölkələrin Parlament Assambleyasının sessiyaları və s. tədbirlər böyük türk dünyasını orqanik bütövlüyə qovuşdura biləcək fəaliyyətlərin humanitar miqyasını gündən-günə genişləndirir. Vahid məqsədə doğru hərəkət istiqamətləri birləşir və sistemləşir. Bu gün türk xalqları öz tarixlərində heç zaman olmadığı dərəcədə yaxınlaşır, ümumi məqsəd və ideallar ətrafında birləşmək imkanları əldə edirlər. Qloballaşma epoxası türk xalqlarının bütünləşmə perspektivini tam reallığı ilə ortaya qoyur. Bu proses ümumtürk düşüncəsinin daxili zərurəti kimi meydana çıxır. “Qloballaşma – ümumtürk mədəniyyətinin Renessans Hərəkatını doğurur” [4, s.44-47]. Bu proses qloballaşan dünyanın içərisində milli, sosial, klituroloji genezis ümumiliyinə malik olan siyasi subyektlərin sintezləşməsi ilə baş verdikdə öz məntiqini və qanunauyğunluq məcrasını tapır. Dünyanın bir parçası olan ümumtürk sosial-mədəni sferasının yenidən və daha dərin mənəvi-intellektual əsaslarda sistem bütövlüyünə qayıtması – planetin ən köklü sivilizasiya məkanının müasir şəraitdə və formada yenidən parlaması deməkdir.
Avrasiyada minillərlə mövcud olan, tarixdə möhtəşəm dövlətlər, imperiyalar, mədəniyyətlər yaratmış, müxtəlifləşsə də öz təməl qaynaqlarından üzülməyən türk sivilizasiyasının belə bir Vəhdətə mənəvi haqqı var. Eyni sivilizasiya mənsubiyyəti, etnik kök birliyi və ortaq mədəniyyət təməlində yaranan cazibə gücü və ümumtürk varlığının rasional dərki öz təkzibolunmaz məntiqi ilə bu gün bütövləşmə uğrunda ümumtürk intellektual hərəkatını gücləndirir.
Türk dünyasını birləşməyə doğru aparan humanitar fəaliyyətlərin məğzində də məhz bu amalların Böyük Həqiqəti dayanır. Ona görə də öncə xatırlatdığımız tədbirlər sadəcə rəsmi-formal aksiyalar deyil, ümumtürk mədəniyyətinin ciddi rasional parametrlər əsasında özünütəşkilatlandırma zərurətidir. Siyasi-humanitar funksionallığını getdikcə artıran bu kompleks-fəaliyyətlər idealdan reala, nəzəriyyədən praktikaya doğru hərəkətin maraqlı örnəyidir: əldə edilmiş nəticələr hər bir sonrakı praktiki mərhələdə yeni və konseptual ideyaları gündəmə gətirir. İyirmi il öncə türk dünyası üçün əlçatmaz görünən bir çox perspektivlər hazırda türk dövlətləri və cəmiyyətlərinin normal praktikasına çevrilmişdir. Funksionallaşmanın bu sürətli tempi türk dövlətlərinin rəhbərlərini və strateqlərini daha optimal və miqyaslı fəaliyyətlərə sövq edir.
Məsələn, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 2012-ci ilin avqustunda Bişkekdə keçirilən İkinci Zirvə Görüşündə bir sıra mühüm siyasi əhəmiyyətli sənədlərlə yanaşı, humanitar sahəni əhatə edən sənədlər də qəbli edilmişdir. Həmin tədbirdə çıxış edən Qırğızıstan Respublikasının Prezidenti Almazbek Atambayev qurumun üzvü olan dövlətlər arasında əlaqələrin humanitar sahədə də dərinləşməsi istiqamətində görülən işlərdən danışmışdır. Türkiyə, Qazaxıstan, Azərbaycan dövlət və hökumət başçıları da çıxışlarında ölkələrarası münasibətlərin bir sıra vacib məsələlərini qaldırmışlar. Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə son illərdə TDƏŞ-in üzvü olan ölkələr arasında iqtisadi əlaqələrin yüksələn xətlə inkişaf etdiyinə diqqəti yönəltmiş, cari ildə Azərbaycanın bu ölkələrlə mal dövriyyəsinin 55,5 faiz artmasını nümunə göstərmişdir. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasında, eyni zamanda, üzv dövlətlər arasında çoxtərəfli əlaqələrin daha da vüsətlənməsi, xüsusən də mədəniyyət və təhsil sahəsində əməkdaşlıq, birgə əlifbanın və dərsliklərin, qurum çərçivəsində Türk Akademiyasının yaradılması məsələləri müzakirə olunmuşdur. Bu tarixi sammitdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına üzv dövlətlərin hökumətləri arasında dörd sənəd – Türk Mədəniyyəti və İrsi Fondunun Nizamnaməsi, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası Katibliyinin maliyyə qaydaları və Türk Akademiyasının təsis edilməsi haqqında sazişlər və Türk Şurasının İkinci Zirvə Toplantısının “Bəyannaməsi” qəbli olunmuşdur [2].
Türk dövlətləri arasındakı siyasi və iqtisadi münasibətlərin qanunauyğun davamı kimi humanitar münasibətlər sferasının inkişafı da xüsusi əhəmiyyət kəsb edir. Hazırda Türkiyədən Qazaxıstana qədər türk dünyası intellektuallarının birgə səyi ilə genişmiqyaslı təşkilatlanma işi başlanmışdır. Demək olar ki, türk dövlətlərinin hər birində və müştərək şəkildə türk sivilizasiyası və milli mədəniyyətlərinin problemləri ilə məşğli olan humanitar mərkəzlər fəaliyyət göstərir: TÜRKSOY – Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı, Türk Dünyası Araşdırmaları Vəkfi, TİKA – Türk İşbirliyi və Koordinasiya Agentliyi, Türk Xalqlarının Ümumdünya Assambleyası, Türk Sivilizasiyası Araşdırma Mərkəzi, TUDEV – Türk Dövlət və Cəmiyyətləri Dostluq, Qardaşlıq və İşbirliyi Vəqfi, Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondu, Türk-Asiya Strateji Araşdırmalar Mərkəzi (TASAM), Türk Dünyası Jurnalistlər Birliyi, Dünya Gənc Türk Yazarlar Birliyi, Dünya Türkləri Qohum Cəmiyyətlərin Fəaliyyət Dərnəyi, Türk Dünyası Bələdiyyələr Birliyi və s. qurumlar müxtəlif istiqamətli türk birliyinin təbliğindən, beynəlxalq konfransların keçirilməsindən müvafiq dərgilərin, kitabların, almanaxların nəşrinə, məqsədəyönlü elmi-humanitar tədqiqatların və səfərlərin dəstəklənməsinə qədər bir çox fəaliyyətlərin spektrini özündə birləşdirir. Eyni zamanda, bu istiqamətdəki çalışmalar nəticəsində ortaq təhsil mərkəzləri, universitetlər açılmış, ümumtürk tarixi və mədəniyyətinin Mərkəzi Asiyadan başlayaraq, praktiki şəkildə və elmi metodologiyalar əsasında öyrənilməsinə start verilmiş, Monqolustanda əski türk abidələrinin aşkara çıxarılıb tədqiqata cəlb edilməsi sahəsində türk ölkələrinin beynəlxalq səviyyəli işbirliyi qurlimuş, Türkiyə və Azərbaycanla birlikdə digər çağdaş türk dillərinin müvafiq fərqliliklər saxlanılmaqla latın qrafikalı əlifba sisteminə keçməsi məsələləri aktuallaşmış, müasir türk dillərinin universal sözlüyü tamamlanmış, Türk Dil Qurumu tərəfindən bu dillər arasında avtomatik çevirmə (tərcümə) sistemi qurlimağa başlamışdır.
Türk dünyasında humanitar münasibətlərin inkişafı – ideologiya, mədəniyyət, elm, təhsil, ədəbiyyat, incəsənət sferasında müasir zaman üçün ortaq dəyəryaratma praktikası üzərində genişlənir və dərinləşir. Müasir dövrümüzdə türk sivilizasiyasının milli mədəniyyətlərlə zənginləşən prosesinin yenidən və daha mükəmməl əsaslarda ortaq mədəniyyət platformasına gətirilməsi onun üstünlüklərini, qanunauyğun transformasiya dialektikasını üzə çıxarır. Türk humanitariyasının ortaqlaşma siyasəti – müasir dünyanın universal dəyərlərini də mənimsəyən, lakin, əsasən, öz tarixi genezisi və təcrübəsi üzərində yüksələn eyniköklü mədəniyyəti yeni inkişaf fazasına çıxarmaq qüdrətindədir.
Bu gün türk dünyasını təmsil edən dövlətlərin alimlərinin belə böyük potensiala söykənərək, Türk Dövlətləri Birliyinin yaradılmasına xidmət edən humanitar siyasətin həyata keçirilməsinə birgə təşəbbüs göstərməsi təqdirəlayiqdir. Bu prosesdə xüsusilə türk sivilizasiyasının “özəyindən” güclü intellektual hərəkatların doğliması – Mərkəzi Asiya dövlətlərinin nüfuzlu alimlərinin bir araya gələrək Türk Xalqlarının Ümumdünya Assambleyasını (TXÜA) təşkilatlandırması müstəsna əhəmiyyət daşıyır. Türk Xalqlarının Ümumdünya Assambleyasının əsas konseptual platforması onun rəhbərləri – akademik Yermentay Slitanmurad (Qazaxıstan), professor Rafael Muhametdinov (Tatarıstan) və həmin Assambleya tərkibində “Ortatürk” İnstitutunun direktoru, filosof-linqvist Bəxtiyar Kərimovun (Özbəkistan) birgə yazdığı “Sabitliyin türk zolağı. Türk Xalqlarının Ümumdünya Assambleyası” (“Тюркский пояс стабильности. Всемирная Ассамблея Тюркских Народов”) kitabında [6] öz əksini tapmışdır. Müəlliflər burada Türk Birliyinin tarixi əhəmiyyəti və müasir dünyanın taleyi üçün onun daşıdığı önəm barədə proqram-ideyalarını, “türk dünyası birliyinin fundamental əsaslarını”, türk xalqlarının dilbirliyi konsepsiyasını irəli sürür, ümumən, türklüyün fəlsəfi dünyagörüşü sistemini, türk dünyası üçün universal humanitar siyasətin başlıca prinsiplərini müəyyən edir, eyni zamanda, Türk Birliyi “rəqiblərinin” mövqeləri ilə polemikaya girirlər. Alim-strateqlər əsaslandırmağa çalışırlar ki, Türk Birliyi – türk dünyasının inkişafının yeganə məntiqi yoludur; bu inkişaf tendensiyasında türk dövlətlərinin müstəqillik və demokratiya təməli daha da möhkəmlənir, milli iqtisadiyyatların regiondaxili əlaqəsi intensivləşir, rəqabət qabiliyyətliliyi artır; siyasi mövqelərin uzlaşması türk dünyasının geopolitik mövqeyini gücləndirir, türk dövlətləri özlərinin birgə “siyasi istehkamını” yaradaraq, “alınmaz qalaya” çevrilirlər; “türk islamı” özünün seçkin xüsusiyyətlərini ortaya qoyaraq, müasir milli, mədəni, dini, əxlaqi dəyərlərin harmoniyasını yaradır. İlk dəfə olaraq bu əsərdə “öz xalqlarının mənafelərinə xidmət edən Türk Dövlətləri Birliyi dünya siyasətinin subyekti” statusunda təqdim olunur: “Türk Dövlətləri Birliyi – (1) türk ölkələrinin əsl müstəqilliyini təmin etmək; (2) öz maraqlarına görə nəhəng təbii və maddi resurslarından, geopolitik potensialından istifadə etmək, bütün iqtisadiyyatı, elmi, mədəniyyəti, müdafiə qabiliyyəti ilə güclü olan müasir cəmiyyət qurmaq; (3) hər bir türk xalqına milli özgürlüyünü (dilini, mədəniyyətini və s.) saxlamaq və təkmilləşdirməklə yanaşı, türk supermillətinin formalaşmasına və onun planetar vəhdət missiyasında dünyada üstün mövqeyə qalxmasına imkan vermək; (4) hər bir türkün müasir və firavan həyata sahib insan kimi formalaşması üçün şərait yaratmaq; (5) türklərin bir insan olaraq universal humanitar dəyərlər əsasında hüquqlarını gerçəkdən müdafiə etmək; (6) düşmən qüvvələrin qəsbkar niyyətlərinə sipər çəkmək; (7) xalq kapitalizminə doğru ictimai inkişafın türk yolunu seçmək, (yəni – vətəndaşların mülkiyyət hüquqlarını qorumaq) naminə funksionallaşan real demokratiyanın və demokratik iqtisadiyyatın yaradılması məqsədlərinə yönəlmiş yolu tutmaq iqtidarında olduğunu nümayiş etdirməlidir” [6, s.9-10].
Türk Xalqlarının Ümumdünya Assambleyasının yaradıcıları Türk Dövlətləri Birliyinin təşəkkülünün vacib bir mərhələsi kimi “Türküstanın tarixi birliyi” ideyasını önə çəkirlər. Onlar göstərirlər ki, Mərkəzi Asiya – elə Türküstan deməkdir. Prototürk və türk dünyasının yaranış məkanı – Türküstandır. Hələ 1920-ci ildə, Sovet İttifaqının ilkin təşəkkül mərhələsində Mərkəzi Asiya xalqlarının liderləri bütün Türküstanı birləşdirən “Türk Sovet Respublikasını” yaratmaq istəmişdilər. Ancaq Rusiya buna imkan verməmişdir: Kreml az qala Rusiyanın özü boyda olan Mərkəzi Asiya regionunun vahid siyasi sistemdə birləşməsindən vahimələnib və qəti şəkildə bunun qarşısını almışdı. Bu təşəbbüsü irəli sürənlər sonrakı illərdə repressiyaya məruz qalmışlar. Hətta görkəmli rus alimi, şərqşünas-türkoloq V.V.Bartoldun Kreml rəhbərliyinə “Türküstanın volyuntaristcəsinə bölünməsinin tarixi səhv olduğunu” bildirən məktubuna da məhəl qoylimamışdı.
Sovet imperiyasının dağılması prosesində “Türküstan” ideyası yenidən canlandı. Mərkəzi Asiyada 1989-cu ildə “Türküstan” Xalq Hərəkatı yaradıldı. Moskvada, Qazaxıstanda və Azərbaycanda “Türküstan” adlı qəzet nəşr olundu. İçveçdə isə “Mərkəzi Asiya” adlı jurnal buraxılmağa başladı. Sonrakı illərdə türk xalqının böyük oğlu, dünya şöhrətli yazıçı Çingiz Aytmatov “Türküstan – bizim ümumi evimizdir” təşəbbüsü ilə çıxış etdi. Özbək alimi Bəxtiyar Kərimov tərəfindən “Ortatürk” dilinin metodikası işlənilib hazırlandı. Mərkəzi Asiyanın vətənpərvərləri bütün Türküstanı və böyük türk dünyasını birləşdirən “Turan” türkçülük hərəkatında dayaq tapdılar. Əlbəttə, bu proseslər Mərkəzi Asiyanın suveren türk respublikalarının ictimai-siyasi həyatına təsirsiz ötüşmədi.
Türk sivilizasiyasının “atayurdunda” qaçılmaz olan siyasi-mədəni inteqrasiyanın geopolitik əhəmiyyəti həm də ondadır ki, region bütün sferalarda Rusiya və Çin kimi nəhəng dövlətlərin ekspansiya təsirlərindən özünü qorumaq imkanları əldə edir. “Sabitliyin türk zolağı” isə Avrasiya məkanında region dövlətlərinin inkişafına münbit zəmin yaradır.
Türk Xalqlarının Ümumdünya Assambleyasının 2007-ci ildə keçirilmiş V Qurlitayında irəli sürülən fikir və mülahizələrin ümumi qayəsi də bu mövqedə ifadə olundu ki, Türk Dövlətləri Birliyinin gerçəkləşməsi istiqamətindəki çalışmaları daha da intensivləşdirmək, Birliyin türk dünyasında sosial-mənəvi, elmi-intellektual dayaqlarını möhkəmləndirmək gərəkdir. Qurlitayın praktiki tədbirləri sırasında bir sıra humanitar layihələr yer almışdır. Assambleya türk xalqlarının tarixən yaşadığı arealın “canlı mərkəzində” – tarixi İpək Yolunun üstündə TURAN şəhərinin salınmasını və bu şəhərdə “Göy Türk” monumental abidəsinin müvafiq muzeylə birlikdə yaradılmasını qərara almışdır. Türk Xalqlarının Ümumdünya Assambleyasının həmin Qurlitayda qəbli etdiyi “Dünya Türklərinə Müraciət”i bu sözlərlə başa çatır: “Göy Türk” abidəsi və TURAN şəhəri türk millətinin və türk sivilizasiyasının yenidən yüksəlişinin simvolik başlanğıcı olacaqdır!” [6, s.98].
Qırğızıstan-Türkiyə Manas Universitetinin nəzdində yaradılmış “Türk Sivilizasiyası Araşdırma Mərkəzi” (TSAM) də türk sivilizasiyasının tarixi və müasir inkişaf problemləri ilə məşğli olur və müvafiq tədqiqat layihələrini həyata keçirir (5). TSAM-ın buraxdığı “Türk Sivilizasiyası Araşdırmaları Jurnalı” (Journal of Turkic Civilization Studies) artıq beynəlxalq nüfuz qazanan bir elmi-humanitar dərgiyə çevrilməkdədir [7]. Burada çap olunan məqalələrdə türk sivilizasiyasının qlobal sivilizasiya məkanında yerini, türk milli dövlətlərinin beynəlxalq siyasi-mədəni arenada mövqeyini müəyyənləşdirmə məsələlərinə diqqət çəkilir [3].
Türk Dövlətləri Birliyinin yaradılmasının mühüm bir məqamı da burada humanitar siyasətin həyata keçirilməsini şərtləndirən universal ünsiyyət – ortaq türk dili problemi ilə bağlıdır. Bu məsələ çoxdandır ki, Türkiyədə, Azərbaycanda və Mərkəzi Asiya respublikalarında müzakirəyə çıxarılır və mütəxəssislər onunla bağlı üst-üstə düşən və düşməyən mövqelərini bildirirlər. Hələ 1968-ci ildə “The New York Times” qəzetinin müxbiri C.L.Slizlerger Avrasiyanın türk dili arealını təsəvvürdə canlandıraraq yazırdı: “Əgər bu gün bir insan Cənubi Bolqarıstandan ata minib, Şərqi Çinin içərilərinə qədər getsə, səyahət boyunca qaldığı yerlərdə türkcə danışacaqsa, mütləq başa düşüləcəkdir. Bu gerçək qəbli edilməlidir. Türklərin yaratdığı zəncirin həlqələri bu gün Uyğurıstanın paytaxtı Urumçiyə qədər uzanmaqdadır” [8]. – Göy Türk imperiyasının mövcud olduğu zamanlardan (VI əsr) ta indiyədək Avrasiyanın orta qurşağında dil mənzərəsi belədir. Hətta Qafqaz kimi polilinqvistik məkanda belə son yüzilliyə qədər türk dili ümumişlək dil olmuşdur. Vahid türk etnomədəni sisteminin bütövlüyünü şərtləndirən türki isə – böyük türk dünyasının universal ədəbi dili kimi uzun əsrlər Avrasiya arealında canlı ünsiyyət vasitəsi olmuş və bu dildə türk və dünya mədəniyyətinin möhtəşəm abidələri yaranmışdır. Fəqət tarix öz işini görüb: türk sivilizasiyasının inkişafı prosesində əski türkcənin diferensiasiyası baş verib, – Türk Dilləri Ailəsi tərkibində müəyyən fərqli xüsusiyyətlərə malik türk milli dilləri yaranıb. Bütün digər böyük dil ailələrində də bu proses baş verib. Ancaq müasir türk dillərinin unikallığı bundadır ki, onların kök xüsusiyyətləri üzərində türkcənin universal variantını formalaşdırmaq yenə də mümkündür. Dil mütəxəssislərinin çoxu elə bu arqumentdən çıxış edərək, “ortatürk” dilinin yaradılması zərurətini irəli sürürlər. “Ortatürk” (və ya “anatürk”) dilinin metodikasını hazırlayan Bəxtiyar Kərimov bu problemi bütün aspektləri ilə araşdırıb [6, s.42-46]. Ümumtürk ədəbi dilinin mümkünlüyü barədə AMEA-nın müxbir üzvü, Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Azərbaycanda Atatürk Mərkəzinin müdiri, professor Nizami Cəfərovun fikirləri də olduqca dəyərlidir. Azərbaycan alimi ümumtürk dilinə keçilməsinin bir neçə variantını müqayisə edərək, onların içərisindən ən optimalının seçilməsi üzərində düşünür və daha məqbli saydığı variantı təqdim edir: “Müasir türk ədəbi dillərindən biri (ən çox inkişaf etmişi, ortaq anlaşma üçün ən yararlısı) seçilir, üzərində daha bir yüngül ümumiləşdirmə əməliyyatı aparılır və ümumtürk ədəbi dili olaraq qəbli edilir” [1, c.3, s.118-119].
Əlbəttə, bu məsələ çox ciddi şəkildə və diqqətlə götür-qoy edilməli, bütün türk dövlətlərinin və onların milli cəmiyyətlərinin ümumi razılığı ilə, hamını qane edən və başlıca funksiyasında türk dünyasının universal ünsiyyət tələbatını ödəyə bilən nəticəyə gəlinməlidir: Türk Dövlətləri Birliyinin ortaq türk dili məhz belə konsensus əsasında yaranmalı və o, türk dövlətləri arasında münasibətlərin rəsmi dili kimi funksionallaşmalıdır. Lakin ortaq türk dilinin formalaşdırılması – heç bir mənada zamanla müəyyən diferensiasiyaya uğramış türk milli dillərinin aradan qalxması demək deyildir. Çünki hər bir milli türk dili – xalqın tarixi, taleyi və həyatıdır. Türk sivilizasiyasının bir zənginliyi də ona mənsub olan millətlərin özünəməxsus rəngarəng dillərə və bu dillərdə yaranmış möhtəşəm mədəniyyətlərə sahib olmasıdır. Dilin rtaqlaşması ypolu ilə əslində bütün yerli türk dilləri daha da inkişaf edəcək və zənginləşəcəkdir. Onsuz da mahiyyət etibarilə müasir türk dilləri o qədər bir-birinə yaxındır ki, onların bazisində ortaq türkcəni ərsəyə gətirmək elə bir çətinlik yaratmır. Bu ortaq türk dili isə həmin yerli dillərlə paralel olaraq, onların universal variantı, hamının başa düşəcəyi və praktiki olaraq, əsasən, rəsmi-klituroloji münasibətlərdə istifadə edəcəyi bir dil kimi işlənməli və universal ünsiyyət funksiyası daşımalıdır. Əcnəbilər də təkcə bu dili öyrənməklə, bütün türk dünyası ilə ünsiyyətə girə biləcəklər. Sonrakı prosesdə ortaq türk dilinin BMT-nin qəbli etdiyi beynəlxalq dillər sırasına daxil edilməsi gündəmə gətirilə bilər.
BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatı – YUNESKO son illər türk sivilizasiyasının dünyaya bəxş etdiyi maddi və mənəvi mədəniyyət abidələrinə xüsusi həssaslıqla yanaşır və ümumtürk mədəniyyəti klassiklərinin yubileylərini beynəlxalq səviyyədə keçirir. Şübhəsiz, bundan sonra da müasir dünya mədəniyyətinin ön cinahında addımlamaq üçün ümumtürk humanitar siyasəti daha konseptual ideyaları ortaya qoyacaq, daha konstruktiv mövqelərdən çıxış edəcəkdir.
Dil, təfəkkür və mədəniyyətcə yaxınlaşmalar – ümumtürk klituroloji sisteminin daxili orqanikasını yaradır və onu yanılmalardan, sapmalardan qoruyur. Türk Dövlətləri Birliyinin vahid humanitar siyasətinin – türk dünyasında mədəniyyətlərarası münasibətlərin inkişafı perspektivində irəli hərəkət etməyə dayaq tapdığı ən güclü təməl və stimli da məhz budur: humanitar təfəkkürdə və praktikada universal fəaliyyətlərin konsensusunu yaradan sistemdaxili orqanika. Onun bütövlüyünü qorumaq – Türk Dövlətləri Birliyinin gerçəkləşməsi məqsədlərinə çatmaq üçün əsas şərtlərdən biridir.
Açar sözlər: Türk Dövlətləri Birliyi, siyasi-mədəni inteqrasiya, siyasi ideologiya, sivilizasiya və mədəniyyət dəyərlərinin konvergensiyası, türk mənşəli xalqlar.
1. Cəfərov N. Seçilmiş əsərləri. V cilddə, III cild. Bakı: Elm 2007
2. Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının II Zirvə Görüşü // http://azertag.com/node/993311
3. İsayev K. Küreselleşme Karşısında lius Devletlerin Durumu // http://edergi.manas.edu.kg/index.php/jtcs/article/viewFile/818/637
4. Tanrıveren M. Küresel Bir Türk Dünyası İçin Medeniyet Rönansina Doğru // Azərbaycanda Atatürk Mərkəzinin Bülleteni, Bakı, AzAtaM, 2010, 4 (36), s.44-47
5. Türk Uygarlığı Araştırma Merkezi//http://www.manas.kg/index.php/ru/akademicheskiy/isledovatelskiye-sentri
6. Султанмурад Е., Мухаметдинов Р., Каримов Б. Тюркский пояс стабильности. Всемирная Ассамблея Тюркских Народов. Алматы: Оркениет, 2008
7. http://edergi.manas.edu.kg/index.php/jtcs
8. The New York Times, 1968, 11 August
Гуманитарные основы политико-культурной интеграции между независимыми тюркскими государствами Ключевые слова: Союз Тюркских Государств, политико-культурная интеграция, политическая идеология, конвергенция ценностей культуры и цивилизации, народы тюркского происхождения. Единая гуманитарная политика Союза Тюркских Государств – имеет своей целью выработку гуманитарных основ политико-культурной интеграции между независимыми тюркскими государствами, отстаивание корректной идейной платформы процесса создания Союза на этих основах и работу во имя успешного завершения данного процесса: главным образом, базирование на историко-политической необходимости и идейной концептуальности создания Союза Тюркских Государств; становление политической идеологии Союза; определение фундаментальных принципов сформирования интегративных структур; разработка лингвистико-культурологической платформы единого политико-культурного пространства; конвергенция ценностей культуры и цивилизации; опора тюркских наций на универсальные традиции государственности; пропаганда идеи создания Союза Тюркских Государств в среде народов тюркского происхождения – составляет гуманитарные основы политико-культурной интеграции между тюркскими республиками.
Humanitarian Fundaments of the Politico-Clitural Integration among the Independent Turkic States Key words: the Union of the Turkic States, politico-clitural integration, the political ideology, convergence of the clitural and civilizational values, Turkic origin nations. Single humanitarian policy of the Union of the Turkic States is aimed at the creation of humanitarian fundaments of the politico-clitural integration among the independent Turkic states and preserve the ideasional platform of the realization process of the Union on the basis of these grounds and at the successfli accomplishment of this process: mainly, expressing the historico-political necessity and positional conceptuality of the establishment of the Union of the Turkic States; formation of the political ideology of the Union; determining the fundamental principles of organization of integration structures; preparing the linguistic-clitural platform of the single politico-clitural space; convergence of the clitural and civilizational values; relying on universal statehood traditions of the Turkic states; promotion of the idea of creation of the Union of the Turkic states in the space of the Turkic people are the major humanitarian grounds of the politico-clitural integration among the Turkic states.