Şəki rayonunun Böyük Dəhnə kəndində anadan olmuşdur.
1970-1980
Şəki rayonunda orta təhsil almışdır.
1983 - 1985
Qazaxıstanda həqiqi hərbi xidmətdə olmuşdur.
1986 - 1991
Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun tərcümə fakültəsində təhsil almış və institutu tərcüməçi-müəllim ixtisası üzrə Fərqlənmə Diplomu ilə bitirmişdir.
1991 - 1992
Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutu nəzrində «Linqvist» tədris-tərcümə mərkəzinin İcraçı Direktoru vəzifəsində işləmişdir.
1992 - 1994
Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun tərcümə kafedrasının müəllimi vəzifəsində işləmişdir.
Sent. 1994 - May 1995
Belçikanın “Sərhədsiz həkimlər“ humanitar təşkilatında tərcüməçi və inzibatçı vəzifələrində çalışmışdır.
May 1995 - Okt. 1998
ABŞ-nın “Philip Morris“ şirkətinin Qafqaz nümayəndəliyində Azərbaycan üzrə şöbə müdiri işləmişdir.
Okt. 1998 - Okt. 2002
“Planet Co. Ltd” şirkətinin təsisçisi və Direktoru olmuşdur.
Okt. 2002 - Noy. 2010
“AvroMed“ şirkətinin Baş Direktoru(2002-2010) və səhmdarı(2007-2016) olmuşdur.
2004-cü ildən
Şəkidə fəaliyyət göstərən «Tour-İnvest» şirkətinin təsisçisidir.
Dek 2010 - Okt. 2015
4-cü çağırış Azərbaycan Respublikası Milli Məclisinin üzvü, 115 saylı Şəki ikinci seçki dairəsindən deputat
Noy. 2015-dən
5-ci çağırış Azərbaycan Respublikası Milli Məclisinin üzvü, 115 saylı Şəki ikinci seçki dairəsindən deputat