2005-ci ildən “Discovery Azerbaijan” adlı elmi-kütləvi jurnalın təsisçisi və baş redaktorudur.
“Azərbaycan-Qazaxıstan Dostluq Cəmiyyəti” İctimai Birliyinin həmtəsisçisidir.
2010-cu ildən etibarən Azərbaycan Jurnalistlər Birliyinin üzvüdür
2013-cü və 2018-ci illərdə Azərbaycan jurnalistlərinin VI və VII qurultaylarında Azərbaycan Mətbuat Şurası İdarə Heyətinin üzvü seçilmişdir.
2015-ci ildə Kolmar ( Fransa) şəhərinin Fəxri Səfiri elan olunmuşdur.
2018-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvüdür.
2005-ci ildə Avropa Biznes Assambleyası (London, Oksford) tərəfindən «Şöhrət çələngi» beynəlxalq mükafatı ilə təltif edilmişdir.
2010-cu ildə Regionların social-iqtisadi inkişafı Dövlət Proqramının həyata keçirilməsində fəal iştirakına və əldə etdiyi nailiyyətlərə görə “Uğur” Milli Mükafatına layiq görülüb.
2016-cı ildə Beynəlxalq Türk Akademiyasının qızıl medalı ilə təltif olunmuşdur.
2016-cı ildə Qazaxstan Prezidentinin Fərmanı ilə “Qazaxstan Respublikasının müstəqilliyinin 25 illik yubileyi” medalı ilə təltif olunub.
2018-cı ildə “Türk Dünyasının Şərəf medalı” ilə təltif olunub.
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibəti ilə Azərbaycan Respublikasının Milli Məclisinin medalı ilə təltif olunmuşdur.
Azərbaycan Respublikasının Xarici İşlər nazirliyi tərəfindən “Azərbayxan Respublikası diplomatik xidmət orqanlarının 100 illiyi (1919-2019)” medalı ilə təltif olunmuşdur