2010-cu ilin 7 noyabr parlament seçkilərində 115 saylı Şəki kənd ikinci seçki dairəsindən Azərbaycan Respublikasının 4-cü çağırış Milli Məclisinə deputat seçilmişdir.
2015-ci ilin 1 noyabr parlament seçkilərində 115 saylı Şəki kənd ikinci seçki dairəsindən Azərbaycan Respublikasının 5-ci çağırış Milli Məclisinə deputat seçilmişdir.
Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin, eləcə də Mədəniyyət Komitəsinin üzvüdür.
Azərbaycan – Böyük Britaniya və Azərbaycan - Fransa parlamentlərarası işçi qruplarının rəhbəridir.
Azərbaycan Respublikasının Milli Məclisi ilə İsveçrə, Macarıstan, Bosniya-Herseqovina, Qırğızıstan və Yaponiya parlamentləri arasında işçi qrupların üzvüdür.
Türkdilli ölkələrin Parlament Assambleyasında Milli Məclis nümayəndə heyətinin üzvüdür.
AVRONEST Parlament Assambleyasında Milli Məclis nümayəndə heyətinin üzvüdür.
2017-ci ilin yanvar ayından Avropa İttifaqı - Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədridir.