2004-2009-cu illərdə Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Fəlsəfə, Sosiologiya və Hüquq İnstitunun dissertantı olmuş, 2009-cu ilin oktyabr ayında «Etno–siyasi münaqişələrin mənəvi aspektləri» mövzusvunda dissertasiya müdafiə etmiş və fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
2010-cu ildən AMEA Fəlsəfə İnstitutunun doktorantıdır. “Türk Dövlətləri Birliyi: Qlobal inteqrasiyanın Avrasiya modeli” adlı elmi işi siyasi elmlər üzrə elmlər doktoru dərəcəsi almaq üçün müdafiə ərəfəsindədir.
2002-ci ildə «Qafqazda etno-siyasi münaqişələr və onların dövlət müstəqilliyinə təsiri» adlı kitabı ingilis dilində nəşr olunmuşdur.
2008-ci ildə «Sülh fəlsəfəsi» adlı elmi-publisistik kitabı çapdan çıxmışdır.
2013-cü ildə “Türk Dövlətləri Birliyi: qlobal inteqrasiyanın Avrasiya modeli” adlı monoqrafiyası Azərbaycan dilində və sonrakı illərdə türk, qazax, qırğız, rus, boşnak və macar dillərində çap olunmuşdur.
2017-ci ildə Türk Dünyası adlı 5-cildlik toplu nəşr edilmişdir.
2015-ci ildə Fransa tarixçisi Jorj dö Mallevilin “1915-ci il erməni faciəsi” adlı kitabını Azərbaycan dilinə tərcümə edərək nəşr etdirmişdir.
2016-cı ildə Fransa yazıçısı, Nobel mükafatı laureatı Patrik Modianonun “Məhəllədə azmamaq üçün” adlı romanını Azərbaycan dilinə tərcümə etmişdir.
2018-ci ildə Fransa yazıçısı Jan Kristof Rufenin “Böyük Kör” romanını Azərbaycan dilinə tərcümə etmişdir.
Son 10 ildə 60-dan çox elmi məqaləsi Azərbaycan, Türkiyə, ABŞ, Qazaxıstan, Ukrayna və Rusiyanın müxtəlif elmi nəşrlərində dərc olunmuşdur.
Dövri mətbuatda ictimai-siyasi və tarixi-fəlsəfi mövzularda 100-dən çox məqalənin müəllifidir.
Azərbaycan, rus, türk, fransız və ingilis dillərini bilir.